KARANTİN DÖVRÜNDƏ NECƏ DÜZGÜN QİDALANMALI?

Karantin dönəmində ,yəni hazırda bir çoxların iştahı açıldı,bir çoxları gününün böyük əksəriyyətini mətbəxdə karbohidrati bol olan qidalar hazırlamaqla keçirir, düzənsiz qeyri sağlam bəslənənləri hələ heç demirəm, necə deyərlər ,bizə evdə qalmaq deyildi , mətbəxdə yox.

Digər bir tərəfdən sağlam qidalanmanın və güclü immininetin pandemiyayla mübarizədə güclü silah olduğunu düşünsək bu paradoksal vəziyyətdə biz nə etməliyik? Dünyada koronavirusa qarşı özümüzü xilas etməyin yolları var – məsələn onlardan biri immuniteti gücləndirmək. Mütəxəssislər bunu virusa qarşı mübarizədə ən doğru yol hesab edir.Bəs immuniteti gücləndirmək üçün nə etmək lazımdır? Hansı qidalar immun sistemini gücləndirir? Anlaşılan odurki , insanlar bu dönəmdə gərginlik və stresin təsiri ilə daha çox yemək qəbul etmək istəyir.Lakin sağlam həyat sizi maraqlandırırsa, bilinki həkimlə tərkibində daha çox A,C,D,E vitamini olan qidalardan istifadəni tövsiyə edirlər.Bütün dünyada alimlər belə nəticəyə gəliblər ki, koronavirus əsasən immun sistemi zəif olan insanlarda ağır fəsadlar yaradır. Yəni koronavirusun hazırda ən effektli “dərmanı” güclü immunitetdir.