KÖK İNSANLAR BU XƏSTƏLİYƏ YOLUXMUR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 451
			
	
        
		
			
		
		
	
	
		Yeni araşdırmalar göstərib ki, kök insanların beyni daha gec yaşlanır. Bu isə o deməkdir ki, onların Alzheimerə yəni unutqanlıq  xəstəliyinə yaxalanma riski daha azdır. Viral.az-a xəbər verir ki, İngiltərədə aparılan araşdırmada 55 yaşı olan 2 milyon insan iştirak edib. Onların hər birinin son 20 ildəki qidalanma və yuxu rejimləri, tibbi problemləri, qəbul etdikləri dərmanlar və s. nəzərə alınıb. Nəticə göstərib ki, arıq insanların Alzheimerə yaxalanmaq riski köklərdən 18 dəfə daha çoxdur. Mütəxəssislər bunun səbəbini kök insanlarda vitamin çatışmazlığı probleminə daha az rastlanması ilə əlaqələndirirlər. Qeyd edək ki, dünyada 50 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir və onun müalicəsi hələ də tapılmayıb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				