İRAN PREZİDENTİ RUSİYAYA SƏFƏR EDİB
Baxış sayı: 41
İran Prezidenti Məsud Pezeşkian Moskvaya rəsmi səfərə gedib. Bu barədə Rusiya mətbuatı bilgi yayıb. Pezeşkianın Rusiya Dövlət başçısı Vladimir Putinlə danışıqlar aparacağı, daha sonra Prezidentlərin Moskva və Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini imzalayacağı gözlənilir. Qeyd edək ki, İran Prezidentini Rusiya Energetika Naziri Sergey Sivilyovun rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb.