İFLİC XƏSTƏLƏRİNƏ ÇİP YERLƏŞDİRİLİR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1088
			
	
        
		
			
		
		
	
	
		ABŞ-da ilk beyin kompüter interfeysinin kommersiya sisteminin kilinik sınaqlarına  başlanılıb.  İlkin mərhələdə sistemin təhlükəsizliyinin  təsdiqlənməsi, eləcə də düşüncə gücünün rəqəmsal qurğularla effektiv işləmək qabiliyyətinin yoxlanılması həyata keçirilir. İmplantasiya zamanı çiplərin elektrodları qan damarlarından beyinə keçir və implantasiya əməliyyatı təxminən 2 saat çəkir.  Daha sonra maşın beyin fəaliyyətini elektrik siqnallarına çevirməyə başlayır və üzərində eksperiment aparılan insana mətn mesajları , elektron poçt , on line alış veriş və digər işləri yerinə yetirməyə imkan verilir. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				