İCRA BAŞÇISI XINALIQLILARLA GÖRÜŞDÜ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1057
			
	
        
		
			
		
		
	
	
		18 avqust 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Xınalıq kənd  İnzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. 
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				