İCRA BAŞÇISI İSNOV KƏNDİNDƏ SAKİNLƏRLƏ GÖRÜŞDÜ
Baxış sayı: 12
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərqava kənd inzibati ərazi dairəsinin İsnov kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlət başçımıza öz minnətdarlıqlarını bildiriblər.
Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə İsnov kənd ümumi orta məktəbində yaradılmış Şəhidlər xatirə guşəsinin önünə gül dəstələri düzmüşdür.