I TEXNO QAFQAZ FESTİVALI QUBADA

Qubada ilk dəfə olaraq birinci texno Qafqaz festivalı keçirilib. Kimisi dron, kimisi raket, qatar, kimisi də su ilə işləyən traktor hazırlayıb. Görüntülər ilk dəfə qubada təşkil olunan I texno qafqaz festivalındandır. Müsabiqədə 40-dan çox məktəbin 200-ə yaxın şagirdi yarışır. Bəzisi beyninin bəzisi də əl əməyinin gücünə inanır. Bu cür festivalların növbəti illərdə də keçirilməsi nəzərdə tutulur.