İŞÇİLƏRİ NECƏ MOTİVASİYA EDƏ BİLƏRİK?

Fərz edək ki, öz sahələrində ən uğurlu şəxsləri işə qəbul etmisiniz. İndi isə onların daha məhsuldar işləmələri üçün səy göstərməlisiniz. Araşdırmamızda işçilərinizi motivasiya etmək üçün istifadə edə biləcəyiniz usullardan danışmışıq.

Bir işçinin motivasiyası iş yerinin uğuruna təsir edən ən vacib amillərdən biridir. Bir çox uğurlu şirkət işdən məmnun olan, işlərindən məmnun olan, işlədiyi mühitdən, meneceri ilə ünsiyyətdən, bir sözlə, yüksək motivasiyalı və yüksək motivasiya olunmayan işçilərin səmərəlilik nöqtəsində bir-birlərindən ayrıldıqlarını bilir. Motivasiyanın uğurun ən böyük köməkçisi olması fikrinə əsaslanaraq demək olar ki, hər hansı bir şirkətdə tətbiq oluna bilən sadə motivasiya metodlarını araşdırdıq. Aparılan bir araşdırmaya görə maaş və imtiyazlar vacib sayılsa da, motivasiya edici amillər içərisində ilk sıralarda yer almırlar. Ən mühüm amillərdən biri işçiləri cəsarətləndirib təqdir etməkdir. İş yerini insanların işləməyi sevəcəyi bir yerə çevirin. Heç kəs standart iş mühitində işləməkdən zövq almaz. Göz oxşayan, yaxşı işıqlandırılmış, funksional və əyləncəli bir məkanda işləmək çox daha cəlbedici səslənir. Hörmət edilən, etibarlı və dəstəkləyici rəhbər olun. İdarə etmədəki nöqsanlar işçilərin şirkətdə uzun müddət çalışmamalarındakı ən böyük səbəblərdən biridir. Bu işə yeni başlamısınızsa, idarə etmə bacarıqlarınızı təkmilləşdirmək üçün mövzu ilə bağlı kitablar oxumağınız tövsiyyə olunur. İşçiləri mükafatlandırın. İnsanlar əsaslı səbəbləri olmazsa sizinlə işləmək istəməzlər. Bu məqsədlə bir təşviq kampaniyası başlatmalısınız. İnsanlar işlədikləri şirkətdə yaxşı mükafatlandırıldıqları zaman daha çox çalışır və şirkətə sadiq qalırlar. İşçilərinizə məsuliyyət və səlahiyyət verin. İşiniz sürətlə böyüyürsə, işçilərinizə yeni məsuliyyətlər vermək çox yaxşı bir motivasiya mənbəyi olar. Yeni məsuliyyətlər onlara psixoloji olaraq yaxşı təsir edər və onlara etibar və hörmət etdiyinizi göstərər. Müsbət rəyləri işçilərinizlə bölüşün. İşçiləriniz öz işlərindən məmnun olduqda iş yerində içdikləri qəhvədən belə zövq almağı bacarar və müştərilərə daha yaxşı xidmət göstərərlər. Müştərilər işçilərinizdən razı qaldıqda, işçilərinizə bu haqqda məlumat verməyi unutmayın. İşçilərinizə qarşı şəffaf olun. İşlərinizin necə olduğu haqqında məlumat sahibi olmaq onların motivasiya olması baxımından faydalıdır. Onlara gündəlik, həftəlik ya da aylıq hesabatları göndərə bilər, hətta yeni müştərilərinizdən neçə faizinin davamlı müştəriniz olma potensialına sahib olduğunu da bildirə bilərsiniz. Əməkdaşlarınıza onlara uyğun iş saatları təklif edin. Texnologiya işlərin icra edilmə formasını əsaslı şəkildə dəyişdirib . Bu səbəbdən də bir çox şirkətlər işçilərinə evdən və ya internet bağlantısı olan istənilən yerdən işləmə imkanı verir. İşçilərinizdən nə istədiklərini soruşun. Onlar üçün nəyin əhəmiyyətli olduğunu təxmin etmək əvəzinə, onlarla oturub nələrə ehtiyac duyduqlarını soruşun. Bu sizə real səslənmir? Əmin olun ki, gözlənilməyəni etmək işçiləriniz və şirkətiniz üçün atacağınız ən doğru addım ola bilər.