GÜLƏŞÇİLƏRİMİZ BEŞ MEDAL QAZANIBLAR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 822
			
	
        
		
			
		
		
	
	
		Türkiyədə keçirilən v İslam Həmrəyliyi Oyunlarının növbəti günü  güləşçilərimiz üçün uğurlu alınıb.Təmsilçilərimizdən 55 kq. – da çıxış edən Eldəniz Əzizli bütün rəqiblərinə qalib gələrək birinci olub. O, həlledici görüşdə Özbəkistan idmançısını 10 – 1 hesabı ilə məğlub edib. 82 kq. – da yarışan daha bir Yunan – Roma güləşçimiz Rafiq Hüseynov İslamiadanın qızıl medalına yiyələnib. Güləşçimiz finalda Qırğızıstan pəhlivanı ilə keçirdiyi gərgin mübarizəni 6 – 3 hesablı qələbə ilə başa vurub. Daha bir nümayəndəmiz 72 kq. – da yer alan Ülvi Qənizadə finala qədər irəliləsə də, həlledici görüşdə məğlub olaraq gümüş medalla kifayətlənməli olub. Qadın güləşçilərimiz də komandamızın aktivinə mükafatlar yazdırmaqda kişilərdən geri qalmayıblar. Belə ki, 65 - kq. – da döşəyə çıxan Eli Monolova qızıl medal uğrunda yarışmada sonuncu xal prinsipinə əsasən məğlub olub və turniri ikinci pillədə yekunlaşdırıb. Elnurə Məmmədova isə bürünc medal uğrunda görüşdə qələbə qazanıb. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				