ETNA VURLKANI YENİDƏN FƏALLAŞIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1473
			
	
        
		
			
		
		
	
	
		Avropanın ən böyük vulkanı olan Etna yenidən fəallaşıb. Siciliya adasında vulkan püskürməsi nəticəsində  yaranmış kül dumanı ilə əlaqədar adanın əsas hava limanı bağlanıb. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına əsasən, kül dumanının hündürlüyü 10 kilometr yüksəkliyə çatır. Yaxın günlərdə vulkanın cənub-şərq hissəsində yerləşən kraterdən lava və kül püskürməkdə davam edəcək.
Əhali arasında xəsarət alan yoxdur. Təxminən 3300 metr yüksəkliyə malik vulkan bu ilin fevral ayından fəallaşmağa başlayıb.
Adanın əsas turist istiqamətlərindən biri olan vulkan təbiət parkı ərazisində yerləşir və 2013-cü ildə UNESCO tərəfindən dünya təbiət irsi siyahısına daxil edilib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				