ERMƏNİSTAN TƏRƏFİ TƏXRİBATLAR TÖRƏTMƏKDƏ DAVAM EDİR.
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1339
			
	
        
		
			
		
		
	
	
		Azərbaycan Respublikası Müdafiə Nazirliyinin  məlumatına əsasən, bu il iyulun 23-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid olub.  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, son zamanlar Ermənistan tərəfinin davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir və vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etmək, habelə bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi addımları atmaq hüququnu özündə saxlayır. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir. "Əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır".Allah şəhidimizə rəhmət eləsin.
    
        
                    
            
	
	
				
				
		
	
	
				