ERMƏNISTAN ORDUSUNUN ATƏŞ NÖQTƏLƏRI NEYTRALLAŞDIRILIR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 672
			
	
        
		
			
		
		
	
	
		Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində  Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, regionda yeganə təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir.
Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır.
Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
    
        
                    
            
	
	
				
				
		
	
	
				