ERMƏNİLƏR SUSUZ QALIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1017
			
	
        
		
			
		
		
	
	
		Ermənistanda hökm sürən xaos, özbaşınalıq  və qurumların zəif fəaliyyəti yay mövsümünün qızğın aylarında su qıtlığı ilə müşahidə olunur. Müvafiq qurumlar suyun qiymətinin qaldırılmasını da planlaşdırırlar. Yerli sakinlərin sözlərinə görə qıtlıqla yanaşı, şəhərin müxtəlif yerlərində sakinlər  tullantı sularından istifadə etmək məcburiyyətindədir. 
İrəvanda bir neçə gün əvvəl ticarət mərkəzində baş vermiş partlayışdan sonra sakinlər arasında təşviş artıb. Hadisədən sonra ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb. Hətta bu gün İrəvan metrosuna bomba qoyulması ilə bağlı quruma bilgi daxil olub. Paytaxt sakinləri təşviş və qorxu içində yaşaya bilmədiklərini və ölkəni tərk etmək istədiklərini dilə gətirirlər. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				