ENERGETİK İÇKİLƏRİN HƏDDƏN ARTIQ QƏBULU ORQANİZM ÜÇÜN TƏHLÜKƏ YARADA BİLƏR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1309
			
	
        
		
			
		
		
	
	
		Energetik içkilər yay fəslində ən çox müraciət olunan içkilər sayılır. Bəs görəsən energetik içkilərin həddən  artiq qəbulu orqanizm üçün hansısa təhlükə yarada bilər ?Energetik içkilərin tərkibində melotonin, kofein, tanin kimi maddələr bədənin aktiv fəaliyyətinə kömək göstərir. Lakin həmin maddələrin həddən artıq qəbulu orqanizm üçün təhlükə yarada bilər.Həkimlərin dediyinə görə, energetik içkilərin tərkibindəki kofein asılılıq yaradır. Buna vərdiş edənlər həmin içkidən istifadə edilməsini dayandıran zaman yorğun, halsız və əsəbi olur, iş qabiliyyətləri aşağı düşür. Bir neçə dəfə energetik içkidən istifadə edəndən sonra sinir sistemi həddindən artıq oyanıq olur, ürək-damar sistemində ciddi pozulmalar yaranır, ürək ritmi pozulur, əllərdə əsmə, tremor halları baş verir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				