ELM SAHƏSİNDƏ 35 İLDİR ƏLDƏ EDİLƏ BİLMƏYƏN UĞURA TÜRK QADIN NECƏ NAİL OLDU?

Dünyada ilk dəfə bir Türk qadını “Blavatnik Gənc Alim” mükafatına layiq görüldü. Fizika və okean elmləriylə məşğul olan alimlərin 35 ildir əldə etmək istədikləri lakin edə bilmədikləri uğur nəhəyət əldə edildi.

Bəs bu uğuru kim və necə əldə etdi? Sıradakı görüntümüzü izləsəz bundan xəbərdar olacaqsız. Dünyada ilk dəfə bir Türk qadını “Blavatnik Gənc Alim” makafatına laiq görüldü. 2007-ci ildən elm sahəsində yeniliklər edən gənc alimlərə verilən bu mükafati 2019-cu ildə Türkiyəli Dərya Akkaynaq aldı. Türkiyənin Orta Doğu Texnik Üniversitetində Fəza mühəndisliyi bölümünü bitirən Akkaynaq , Amerikada Hava və fəza mühəndisliyi üzrə magistratura təhsili aldı. Akkaynaq dokturantura təhsilini isə Amerikanın Prenston üniversitetində Okeanoqrafiya yəni Okean elimləri üzrə davam etdirdi. Akkaynaq, yaratdığı “Sea Thru” adlı süni intellekt alqoritması ilə su altında çəkilən şəkillərin rəng düzənləməsini əvvəllər olduğu kimi atmosferi əsas alaraq deyil, işığın ən doğru formasıyla yenə də özünün inkişaf etdirdiyi Akkaynak-Treibitz Modeli  tənlikdən istifadə edərək uğurlu nəticə əldə etdi. Onun bu kəşfi sayəsində 35 ildir ki, sualtında çəkilən şəkillərin su yoxmuş kimi lentə alınması mümkün oldu.