ELDƏN – ÇÖLƏ VERİLİŞİ ÇÖLÇÜ OBASINDA
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1123
			
	
        
		
			
		
		
	
	
		Azərbaycan  təbiətini qarış – qarış gəzən, meşələrimizi, çaylarımızı, şəlalələrimizi, dağlarımızı, bir sözlə  gəzməli – görməli yerlərimiz haqqda maraqlı verilişlər hazırlayan “Eldən – Çölə” komandası bu dəfəki buraxılışında Qubanın İspik meşəsində yerləşən “Çölçü Obası”nda qonaq oldu. Təbiəti hər birimizin evi hesab edən Eldən – Çölə verilişinin komandasının əsas məqsədi insanla təbiətin hər zaman vəhdətdə olduğunu aşılamaqdır.“ ÇÖLÇÜ” İctimai Birliyinin rəhbəri Eltən Qədimbəyli Eldən – Çölə verilişinin izləyicilərinə birliyin yarandığı gündən indiyənədək milli mədəni irsin qorunması, xalq oyunları, etno idman növləri, eləcə də milli sənət növlərinin araşdırılması və tanıdılması istiqamətində gördüyü işlərdən danışıb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				