DAŞKƏSƏNDƏ MƏKTƏB BİNASININ TİKİNTİSİ ÜÇÜN 1 MİLYON MANAT AYRILIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1383
			
	
        
		
			
		
		
	
	
		"Azərbaycan Respublikası Konstitusiyasının  109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:1. Daşkəsən şəhərində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məktəb binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
    
        
                    
            
	
	
				
				
		
	
	
				