DÜNYA KUBOKU: ŞAHMATÇIMIZ VASİF DURARBƏYLİ NÖVBƏTİ MƏRHƏLƏYƏ VƏSİQƏ QAZANIB

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir. İyulun 19-u dünya kubokunun üçüncü mərhələsinin cavab oyunları keçirilib. Belə ki, otuzikidəbir finalda kişi şahmatçılarımız — Şəhriyar Məmmədyarov ermənistanlı Haik Martirosyana qalib gələrək hesabı bərabərləşdirib. Şahmatçımız rəqibi ilə tay-brekdə mübarizə aparacaq. Vasif Durarbəyli isə çexiyalı David Navaranı 1,5:0,5 hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.