CEYHUN BAYRAMOV DÜŞƏNBƏDƏ ÇIXIŞ EDİB

Xarici İşlər naziri Ceyhun Bayramov mayın 13 – də müstəqil dövlətlər birliyi Xarici İşlər nazirləri şurasının Düşənbə şəhərində keçirilən iclasında çıxış edib. Nazir bildirib ki, MDB formatında ölkələrimiz arasında mövcud olan dostluq əlaqələri uğurla inkişaf edir. Nazir birliyə üzv dövlətlər arasında, o cümlədən humanitar sahədə gələcək əməkdaşlığı təşviq edən bir sıra sənədlərin qəbulunun da nəzərdə tutulduğunu qeyd edib. Ceyhun Bayramov Azərbaycanın təhsil, elm, mədəniyyət, turizm, gənclərlə iş və digər sahələrdə əməkdaşlıq üçün formatları faydalı hesab etdiyini də əlavə edib. Həmçinin nazir çıxışında iclas iştirakçılarını bölgəmizdəki münaqişədən sonrakı vəziyyət barədə məlumatlandırıb. Sonda o da qeyd olunub ki, Azərbaycan tərəfi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqqamətində səylərini davam etdirmək əzmindədir.