BU GÜNÜN TARİXİ (16 aprel)

Bu gün görkəmli bəstəkar Qəmbər Hüseynlinin doğum günüdür. İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən"əsərlərinin müəllifi olan Qəmbər Hüseynli 1916-cı ilin 16 aprel tarixində Gəncədə dünyaya gəlib.

O,1934-cü ildə daxil olduğu Bakıda Musiqi Texnikumunda violonçel və bəstəkarlıq siniflərində təhsil alıb. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi, Sazçı Qızlar Ansamblının təşkilatçısı və bədii rəhbəri kimi vəzifələrdə çalışıb.Onun 1948-ci ildə Tofiq Mütəllibovun sözlərinə bəstələdiyi “Cücələrim” uşaq mahnısı 100-dən çox dildə səsləndirilib. Qəmbər Hüseynli 1961-ci il iyulun 31-də Bakıda dünyasını dəyişib. Tanınmış rejissor, aktyor, ssenarist, komediya ustası və bəstəkar Çarli Çaplin 1889-cu ilin 16 aprel tarixində Londonda doğulub. Çaplin öz aktyor karyerasına 5 yaşında İngiltərə teatrında başlayıb. Burada o küçə uşağı rolunu uğurla oynayıb. Qəribədir ki, Çaplin bir dəfə də olsun Oskar mükafatı almayıb. Yalnız müsabiqədən kənar Oskara layiq görülüb. Çaplin "Böyük Diktator" filmində obrazını canlandırdığı Adolf Hitlerlə yaşıd idi . Deyilənlərə görə, Hitler bığının formasını Çaplindən götürüb. 16 aprel "Dünya səs günü”kimi qeyd edilir. Bu gün ilk dəfə olaraq, 1998-ci ildə Brazilyada "Brazilya larinqologiya və səs cəmiyyətinin” təşəbbüsü ilə "Brazilya səs günü” kimi qeyd edilməyə başlanılıb. Sonradan bu tədbirə Argentina, Portuqaliya və digər portuqal dilli ölkələr qoşulub. Bu günü 2002-ci ildə Amerika baş və boyun cərrahiyyəsi akademiyası rəsmi olaraq "Dünya səs günü” adlandırıb. Bu günün keçirilməsinin əsas məqsədi ictimaiyyətə səsin insan həyatindakı vacibliyini, əhəmiyyətini çatdırmaq və səsdə yarana biləcək problemlər haqqında informasiya verməkdir. Hər il bu günlə əlaqədar müxtəlif konsertlər, simpoziumlar, radioproqramlar, seminarlar, səs üzrə ixtisaslaşan klinika və institutlarda həkimlər və rezidentlər üçün mühazirələr təşkil olunur.