BRÜSSEL GÖRÜŞÜNDƏKİ İRƏLİLƏYİŞLƏR SÜLHÜ TƏMİN EDƏCƏK
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 682
			
	
        
		
			
		
		
	
	
		Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Aİ Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş Naziri Nikol Paşinyan  arasında 5 saata qədər davam edən bu ilin 6 aprel və ötən ilin 14 dekabr görüşünün davamı hesab edilir. Görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası müzakirə edilib. Siyasi şərhçilər hesab edirlər ki, Ermənistanın daxilində olan gərginlik sülh məsələsinə mənfi təsir göstərməməlidir. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra regoinda sülh bərqərar olmalıdır.
    
        
                    
            
	
	
				
				
		
	
	
				