BOKSÇUMUZ TOKİO OLİMPİADASININ DÖRDDƏBİR FİNAL MƏRHƏLƏSİNƏ YÜKSƏLİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1360
			
	
        
		
			
		
		
	
	
		Azərbaycan boksçusu Alfonso Dominges “Tokio-2020” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb. 81 kiloqram  çəki dərəcəsində çıxış edən boksçumuz ilk görüşündə özbəkistanlı Dilşodbek Ruzmetov ilə qarşılaşıb. Rəqibinə 4:1 hesabı ilə qalib gələn Alfonso Dominges dörddəbir final mərhələsinə yüksəlib. Onun növbəti rəqibi türkiyəli Bayram Malkan olacaq. Döyüş iyulun 30-da baş tutacaq.
    
        
                    
            
	
	
				
				
		
	
	
				