BİRİNCİ SİNİFLƏRƏ ŞAGİRD QƏBULU BAŞLANDI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1115
			
	
        
		
			
		
		
	
	
		Azərbaycanda bu gündən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə  şagird qəbulu başlayıb.
Təhsil nazirliyindən verilən bilgiyə əsasən qəbul prosesi saat 11:00-dan etibarən www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə mayın 6-dan başlanılacaq. Bu tarixindən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq. Müsahibələrin 10-31 may 2022-ci il tarixlərində ənənəvi formada həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə 11-18 iyun tarixlərində keçiriləcək.
    
        
                    
            
	
	
				
				
		
	
	
				