BİLBAONUN SİMVOLUNA ÇEVRİLƏN MUZEY
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1580
			
	
        
		
			
		
		
	
	
		Amerikalı memar Frenk Qeri tərəfindən dizayn edilmiş Bilbao Guggenheim Muzeyi ötən əsrin ən yenilikçi  memarlıq fikirlərinin möhtəşəm nümunəsidir.Titandan hazırlanmış muzey günəş şüaları altında rəngini dəyişdirən dalğalı xətlərlə bəzədilib. Ümumi sahəsi 24 min kvadratmetr olan muzeyin 11 min kvadratmetri sərgilərə həsr edilib.Mütəxəssislərin fikrincə, bina dünyanın müasir memarlıq və muzeylərə baxışını dəyişdirərək sənaye şəhəri Bilbaonun simvoluna çevrilib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				