BAKI - QUBA YOLUNUN SON VƏZİYYƏTİ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 954
			
	
        
		
			
		
		
	
	
		Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılır.  Bu işlərin ardınca yol əsasının yararsız qruntu da qazılaraq çıxarılır. Sözügedən qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunur. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissə üzrə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				