AZƏRBAYCANIN YAXIN DOSTU XASİYAT RÜSTƏMƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 723
			
	
        
		
			
		
		
	
	
		Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın tanınmış şairi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü,  ədəbiyyat sahəsində populyar “Kitob dunyası” qəzetinin baş redaktoru Xasiyat Rüstəmə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ədəbiyyat, sənət adamları, alimlər, jurnalistlər, Daşkənddəki çoxsaylı universitetlərin müəllim və tələbələri iştirak ediblər. İlk olaraq iştirakçılara Mərkəzin foyesində Xasiyat Rüstəm yaradıcılığına dair kitabların sərgisi təqdim olunub. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				