AZƏRBAYCANIN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN TÜRKİYƏYƏ SƏFƏRİ BAŞLAYIB

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirlidən ibarət parlament nümayəndə heyətinin Türkiyəyə səfəri başlayıb.