AZƏRBAYCANIN İSTANBULDAKI BAŞ KONSULLUĞUNDA “QAYNAR XƏTT” YARADILIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1355
			
	
        
		
			
		
		
	
	
		İyulun28-də Türkiyədə baş verən çoxsaylı meşə yanğınları ilə əlaqədar Azərbaycanın İstanbul şəhərindəki  baş konsulluğunda “qaynar xətt” yaradılıb.Baş konsulluqdan verilən məlumata görə, hazırda böhran bölgələrində baş verən hadisələrin soydaşlarımıza təsiri araşdırılır.İyulun 30-da günorta saatlarınadək yanğının vətəndaşlarımıza təsiri barədə heç bir məlumat daxil olmayıb.“Qaynar xətt” fasiləsiz olaraq fəaliyyət göstərir.Vətəndaşlarımızdan xahiş edilir ki, yanğın böhranı ilə bağlı zərurət olduqda 00 90 536 613 86 48 nömrəli telefonla baş konsulluqla əlaqə saxlasınlar.
    
        
                    
            
	
	
				
				
		
	
	
				