AZƏRBAYCANIN ƏN AKTİV VULKANI PÜSKÜRÜB

Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb. Palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr olub. Püskürmə 6 dəqiqə 20 saniyə davam edib. Respublika Seysmoloji Xidmət Mərkəzindən Püskürmənin ikinci fazasının da qeydə alndığı bildirilib. Qeyd edək ki,Vulkan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin doqquz vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb.