2020-ci ilin mart ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri 44,8 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 36,6 faiz artıb.
Bu ilin mart ayında Azexport.az portalına ən çox ixrac sifarişi kartof, soğan, pomidor, tibbi tənzif, alma, sarımsaq, tütün, pambıq yağı, zəncəfil, mineral su, şərab, qənnadı məhsulları, çay, yumurta, nar şərabı, mebel, fındıq, tikinti materialı, boya, kosmetik vasitə, metal konstruksiya, bal, mebel dəsti və s. mallara daxil olub.Məlumat üçün onu da bildirək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 mart tarixinə kimi Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 732,5 milyon ABŞ dolları təşkil edib.