AZƏRBAYCANDA QURBAN BAYRAMI QEYD OLUNUR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1467
			
	
        
		
			
		
		
	
	
		Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri  təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyulun 20-nə təsadüf edir. Bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınıb. Azərbaycanda bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı, habelə ölkənin bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək. Həmin məkanlarda fərdi qaydada qurban kəsmək istəyənlər üçün də şərait yaradılacaq. Vətəndaşlar qurbanlıq heyvanları xüsusi ayrılmış kəsim məntəqələrindən əldə edə və oradaca kəsimini həyata keçirə bilərlər.
    
        
                    
            
	
	
				
				
		
	
	
				