AZƏRBAYCANDA KARANTİN REJİMİ UZADILA BİLƏR?

Azərbaycanda karantin rejimi uzadıla bilər .Ümumi vəziyyət onu göstərir ki, karantin rejiminin uzadılmasına zərurət var. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün keçirilən mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, karantin rejiminin uzadılması ilə bağlı tədbirlər planı hazırlanır: Ramin Bayramlı çıxışında həmçinin ölkədə ötən günə qədər təsdiq edilən koronavirusa yoluxma hallarının yaş qruplarına və cinsiyyətinə görə sayını açıqlayıb. Azərbaycanda koronavirus infeksiyasına yoluxmanın qarşısının alınması istiqamətlərindən danışan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ölkədə komendant saatının tətbiq olunması bu gün gündəlikdə olmadığını diqqətə çatdırıb.İbrahim Məmmədov qeyd edib ki…… Sərhədlərin açılması mövzusuna da toxunan qurum rəsmisi İbrahim Məmmədov bildirib ki, Operativ Qərargah sərhədlərin açılması istiqamətində hər gün müzakirə aparır. Xaricdə yaşayan Azərbaycanlılar nə zaman ölkəyə gələ biləcəklər?