AZƏRBAYCANDA ENERJİ HƏFTƏSİ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 883
			
	
        
		
			
		
		
	
	
		Azərbaycanda Bakı Enerji Həftəsi öz işinə başlayıb. Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbiri 27-ci Beynəlxalq  Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgiləri və Bakı Enerji Forumundan ibarətdir. 30 ölkədən 249 şirkətin qatıldığı forumun əhəmiyyətinə gəldikdə isə  Millət Vəkili Vüqar Bayramov bunun Azərbaycanın hər sahədə möhkəmlənən mövqeyindən xəbər verdiyini bildirdi
Milli Məclisin deputatı millət vəkili Vüqar Bayramov həmçinin Enerji Həftəsi çərçivəsində Bərpaolunan Enerji sərgilərindən danışaraq birldirdi ki, həm Azərbaycan, həm Avropa İttifaqı, həm də region üçün alternativ mənbələrdən enerji əldə edilməsi önəmli məsələlərdən biridir.Qeyd edək ki, Bakı Enerji Həftəsi iyunun 4-dək davam edəcək.
    
        
                    
            
	
	
				
				
		
	
	
				