AZƏRBAYCAN SÜLHMƏRAMLILARI ƏFQANISTANDAN VƏTƏNƏ QAYIDIBLAR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1356
			
	
        
		
			
		
		
	
	
		Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan  sülhməramlıları tam heyətdə Kabil-Ankara-Bakı marşrutu ilə Vətənə qayıdıblar. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin edərək xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				