AZƏRBAYCAN PASPORTU 68 ÖLKƏYƏ VİZASIZ SƏYAHƏT İMKANI YARADIR

Henley & Partners” şirkəti 2021-ci ilin 3-cü rübü üçün yenilənmiş pasport indeksini açıqlayıb. Təşkilatın saytına istinadən xəbər veririk ki, indeksin ilk pilləsində Yaponiya yer alır. Bu ölkənin pasportuna sahib olanlar dünyanın 193 ölkəsinə vizasız səyahət edə bilər. Siyahıda 2-ci yerdə 192 ölkəyə rahat giriş imkanı verən Sinqapur, 3-cü pillədə isə 191 ölkə ilə vizası əlaqələri olan Almaniya və Cənubi Koreya qərarlaşıb.68 ölkəyə vizasız səfər etmək imkanı yaradan Azərbaycan pasportu 80-ci sıradadır. Türkiyə pasportuna sahib olan şəxslər 111 ölkəyə sərbəst səfər edə bilər. Qardaş ölkə bu göstərici ilə siyahıda 56-cı yeri tutub. Postsovet ölkələrindən ən yaxşı göstərici isə 183 ölkəyə sərbəst girişi təmin edən Litva pasportudur.Siyahıda sonuncu – 116-cı yerdə yer alan və cəmi 26 ölkəyə giriş imkanı verən pasport isə Əfqanıstana məxsusdur.