AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ İNTENSİV ATƏŞƏ TUTULUR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 952
			
	
        
		
			
		
		
	
	
		Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində  Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi bilgi yayıb.  Qeyd edilib ki, sentyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zivel və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan atəşə tutub. “Bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə bilgidə qeyd olunub.
    
        
                    
            
	
	
				
				
		
	
	
				