AZƏRBAYCAN MƏDƏNİYYƏTİ PARİSDƏ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 953
			
	
        
		
			
		
		
	
	
		Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası ölkəmizi  Parisin 15-ci rayonunun meriyasının qarşısındakı meydanda ənənəvi “Assosiasiyalar Forumu”nda təmsil edib.Burada müxtəlif sahələrdə fəaliyyət göstərən assosiasiyaların fəaliyyətini əks etdirən stendlər qurulub. Ziyarətçilərə assosiasiyalar haqqında məlumat verilərək, onların illik proqramları təqdim edilib. Ərazidə quraşdırılmış stendlərdə Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr edilmiş Azərbaycan tarixi və mədəniyyətinə dair kitablar, mədəniyyətimizi əks etdirən milli əşyalar, geyimlər, xalça nümunələri, eləcə də şirniyyatlar təqdim olunub. Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının stendini ziyarət edənlərə assosiasiya, onun fəaliyyəti, eləcə də tariximiz və mədəniyyətimiz haqqında ətraflı məlumatlar verilib. Parisdə yaşayan diaspora nümayəndələrimiz də Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının stendini ziyarət edib və fransızları tariximiz, mədəniyyətimiz haqqında məlumatlandırıblar.
    
        
                    
            
	
	
				
				
		
	
	
				