AZAL TBİLİSİYƏ UÇUŞLARA BAŞLADI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 916
			
	
        
		
			
		
		
	
	
		"Azərbaycan Hava Yolları" aviaşirkəti marşrut şəbəkəsini inkişaf etdirməyə davam edərək, iyul ayında Bakıdan Gürcüstanın  paytaxtı Tbilisi şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq. Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 iyul tarixində baş tutacaq. AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında və aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Bakı istiqamətində eyni zamanda "Buta Airways" aşağıbüdcəli aviaşirkəti hər gün iki dəfə uçuşlar həyata keçirir. Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək. Gürcüstana səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl ölkəyə daxil olma qaydaları ilə tanış olmaq tövsiyə olunur.
    
        
                    
            
	
	
				
				
		
	
	
				