ARTIQ FÜZULİYƏ GEDƏ BİLƏCİYİK

Artıq Füzuli rayonuna da səfər etmək mümkün olacaq. Dövlət Avtomobil Nəqliyyatı Xidməti marşrut üzrə müvafiq qiymətləndirmə aparıb, hərəkət sxemi hazırlayıb və dayanacaq yerlərini müəyyən edib. Reyslər, həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Müəyyən imtiyazlı şəxslərə bu istiqamət üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib. Sərnişinlərin də məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək.