AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 769
			
	
        
		
			
		
		
	
	
		Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva  1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. O, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1967-ci ildən Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb. 1977-ci ildə tibb elmləri doktoru alimlik dərəcəsi alıb. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				