77 399 91 11 QAYNAR XƏTTİMİZLƏ “KARANTİNDƏ” ƏLAQƏ SAXLAYA BİLƏRSİNİZ

Dünya bir virusla hal-hazırda qarşı-qarşıyadır. Gözə görünməz bir düşmənlə mübarizə aparmaq üçün bir sıra peşə sahibləri səfərbər olub.

Gecə-gündüz davam edən bu mübarizədə əllərindən gələni edən peşə sahiblərindən biri də media nümayəndələridirki onlarda sizin hər şeydən vaxtında və düzgün məlumatlanmağınıza görə çalışır.bu gün Ölkədə pandemiyanın qarşısını almaq üçün karantin rejiminin tətbiq olunduğu bir vaxtda Qafqaz tv yaradıcı birliyi də hazırladığı “Karantində” insanlara evdə qaldığınız zamanı necə doğru yönədməyi,nələr etmək lazım olduğunu hər daim izləyicilərinin diqqətinə çatdırır. Növbəti Karantində isə insanların doğru bildiyi əslində isə yanlış olan bilgilərdən bəhs etdik,düzgün olmayan mifləri qırmağa çalışdıq Bu dəfə internet üzərindən canlı bağlantı yaratdığımız qonaqlarımız isə məşhur uroloq-androloq Vasif İsmayılov və həkim -infeksionist Müşfiq Əhmədov oldu. Verilişdə insanların virusla necə mübarizə aparmaları baradə ,eləcədə risk qrupları ,neçə müddət ərzində simptomların özünü biruzə verdiyi və digər maraqlandıran fikirlər haqqında danışıldı. Virusla mübarizə zamanı nələri əslində yanlış bilirik? Bütün Bu suallar ətrafında gedən verlişi sabah saat 11:30-da Qafqaz tvdə izləyə və cavab tapa bilərsiniz. əgər sizi də maraqlandıran mövzu və ya suallar varsa 077 399 91 11 qaynar xəttimizlə əlaqə saxlaya bilərsiniz. Biz sizin düzgün informasiya almağınız üçün çalışırıq. Sağlamlığınızı,ailənizi və cəmiyyəti qorumaq adına evdə qalın.