“QUBA ŞƏHİDLƏRİNİN EV MUZEYLƏRİ KİTABI” OXUCULARA TƏQDİM OLUNUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 937
			
	
        
		
			
		
		
	
	
		Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhid Əliyev Rəvan Yusif oğlunun ailəsi tərəfindən ərsəyə gətirilən  “Quba şəhidlərinin  Ev Muzeyləri“ kitabının Tarix – Diyarşünaslıq Muzeyində təqdimatı keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev , YAP  Quba rayon təşkilatının sədri ,  Quba  – Xaçmaz  Regional Təhsil İdarəsinin  müdiri,  Xaçmaz  Regional Mədəniyyət  İdarəsinin rəisi , Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri  və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.  Kitabda Qubalı şəhidlərin hər biri haqqında məlumatlar və fotoşəkillər yer alıb.Tədbirdə  Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev çıxışında 44 günlük Vətən müharibəsində düşmən üzərində  qazanılan tarixi Qələbəyə görə  şəhidlərə borclu olduğumuzu  və hər birimizin onlarla qürur duyduğumuzu qeyd edib. 
Sonra “ Quba şəhidlərinin Ev Muzeyləri “ kitabı şəhid ailələrinə təqdim olunub. Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkildi. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				