“BOEİNG” TƏYYARƏSİNİ ALDI…ÖZÜNƏ EV DÜZƏLTDİ

20 yaşında ikən Oreqon ştatında 23 hektarlıq Hillsboro meşəsindən 10 hektarlıq ərazi və bir də köhnə təyyarə alan Brus Kampel uzun müddət torpaq, eləcə də, təyyarə ilə nə edəcəyini düşünüb.

Evi yandıqdan sonra yavaş-yavaş təyyarədə qalmaq üçün onu evə çevirən Brus günlərin bir günü kəşfinin bütün dünyaya səs salacağını ağlına belə gətirmədiyini deyir.1999-ci ildən bəri təyyarənin içərisində yaşadığını deyən Kampbel hazırda Boeingin yeni bir modelini almağı düşünür. Səbəbi isə hərdən getdiyi Yaponiyada da bir təyyarə-evin olmasını istəməyidir. Kampel hazırda sahibi olduğu Boeing727-də sadə bir həyat tərzi yaşayır. Yeməklərini mikrodalğalı sobada hazırlayır, dəlik-deşik olan bir kabinədə duş alır. Lakin, bunlara baxmayaraq, Brus Kampel yaşadığı bu həyat tərzindən olduqca xoşbəxtdir Vurğulayaq ki, Kampbel Təyyarəni 23 min dollara satın alıb və onu bərpa etmək üçün 220 min dollarından keçib.