“BALIQLARA XÜTBƏ” FİLMİ BEYNƏLXALQ FESTİVALDA
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 813
			
	
        
		
			
		
		
	
	
		Rejissor Hilal Baydarovun “Balıqlara xütbə” filmi  “Busan” Beynəlxalq Film Festivalının "Asiya Kinosuna Pəncərə" bölümündə nümayiş olunacaq.Festival oktyabrın 5-dən 14-dək Cənubi Koreyanın eyniadlı şəhərində keçiriləcək. Qeyd edək ki, Busan Beynəlxalq Film Festivalı Asiyanın ən əhəmiyyətli film festivallarından biridir.“Balıqlara xütbə”  filmi Azərbaycan, Türkiyə, Meksika və İsveçrənin birgə layihəsidir. Filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, rejissoru isə Hilal Baydarovdır. Filmdə Rəna Əsgərova, Orxan İsgəndərli, Hüseyn Nəsirov və digər aktyorlar rol alıblar. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				