ƏRDOĞAN AZƏRBAYCANA SƏFƏR EDƏCƏK
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 842
			
	
        
		
			
		
		
	
	
		Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 26-29 mayda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək üçün Bakıya səfər edəcək.  Məlumata görə, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktarla yanaşı, sənaye və texnologiya naziri Mustafa Varank da Azərbaycana gələcək. Qeyd edək ki, regionun ən böyük tədbiri olan “TEKNOFEST Azərbaycan”da ziyarətçi olaraq iştirak etmək istəyən vətəndaşlar üçün qeydiyyat prosesi başlayıb. Tədbir zamanı “28 May” metrostansiyasının yaxınlığından tədbirin keçiriləcəyi əraziyə saat 08.00-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası ödənişsiz avtobus xidməti təşkil olunacaq. Avtobuslara daxil olarkən dispetçerlər tərəfindən biletlərin QC yoxlanılaraq sərnişinlərə giriş imkanı yaradılacaq. Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				