İyulun 14-də Prezident İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.
Elə həmin gün Prezident İlham Əliyevin Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü olub. İyulun 14-də Xankəndidə Prezident İlham Əliyevin adından Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. Tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
