ŞİMAL BÖLGƏSİ TURİSTLƏRİ QARŞILAMAĞA HAZIRDIR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 787
			
	
        
		
			
		
		
	
	
		Quba  Azərbaycanın səfalı guşələrindən biridir. Gözəl təbiətə , valeh edici flora və faunaya malik olan Quba turistlərin maraq göstərdiyi ən sevimli məkanlar sırasında yer alıb.   Hər il on minlərlə turist bu əsrarəngiz gözəlliklərdən həzz alır. Quba rayonunun təbii iqlim şəraiti, gözəl  təbiət mənzərələri turizmin inkişafı üçün cox əlverişlidir. Rayonun füsunkar təbiətini seyr etmək üçün bura gələn yerli və xarici turistlərin sayı ildən-ilə artmaqdadır. Şimal bölgəsində turist infrastrukturunun geniş olması buranı həm yerli, həm də xarici  turistlərin ən çox  üz tutduqları turist distansiyalarından birinə çevirib.  Xususilə yay aylarinda  Quba və Qusar rayonununda isdirahət edəcək qonaqlar , böyük otel və istirahət mərkəzlərindən əlavə, həmçinin kənd qonaq evlərində də dincələ bilərlər.  
    
        
                    
            
	
	
				
				
		
	
	
				