ŞABRANDA ŞƏHİD BULAĞININ AÇILIŞI OLDU
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 812
			
	
        
		
			
		
		
	
	
		Aprelin 28-də Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid gizir Füzuli Salahovun doğum günü doğulduğu Şabran rayonun Gəndov kəndində  qeyd edildi. Xatirəsini əbədiləşdirmək üçün inşa edilən bulağın çevrəsində. Şəhid gizirin xatirəsini anmaq üçün gələn qonaqları bulağın yanında düşüncəli əyləşmiş atası Süleyman kişi qarşılayırdı. Gözlərində həm nisgil, həm də qürur. Şəhid Füzuli Salahovun anası Sevda ananın da gözləri yollara dikilmişdi. Oğlunun adına inşa edilmiş bulağı ziyarətə gələnlərin əllərində Füzulinin şəkillərini gördükcə sanki oğlunu qarşısında görür, şəkillərə sarılıb həsrətini dindirirdi. Onun ovunduracaq bir şey də vardı. İndi tək oğlu ilə o qüruru duymurdu, bütün Azərbaycan, eli, obası onun şücaətini bilir, onunla fəxr edir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				