ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ

Qubanın Rustov kəndində şəhidlərin xatirəsinə ucaldılmız bulaq kompleksinin açılışı olub. Qubanın Rustov kəndində 1941-45- ci il Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış bir abidə var idi. İndi bu abidənin hər iki tərəfini “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ Azərbaycandır” yazılı, üzərini Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəman Vətən Oğullarının şəkilləri olan abidə bəzəyir. Bir də naməlum əsgərin və Albert Aqarunovun xatirələsinə ucaldılmış simvolik abidələr və göz yaşı kimi bumbuz suyu olan bulaq. O bulaq ki, abidə kompleksin önündə ayaq saxlayıb, şəhidlərin xatirəsini anan hər kəsin ürəklərini sərinlədəcək, yeniyetmə və gənclərin qəlbində vətən sevgisini daha da çoşduracaq.