ŞƏHİD XÜSUSİ TƏYİNATLININ DOĞUM GÜNÜ QEYD EDİLDİ

Bu gün Qubanın Qam-qam kəndində böyük qələbəlik vardı. Uşaqdan böyüyə hər kəs bu kənddə yerləşən “Şəhidlər ölməz Vətən Bölünməz” bulaq kompleksinin önünə toplanmışdılar. 44-günlük Vətən Müharibəsi başlayan gündən şanlı zəfərin qazanıldığı günə qədər qəhrəmancasına döyüşən Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin doğum günü xatirəsinə ucaldılmış bulaq kompleksinin qarşısında qeyd edildi. Vətən Müharibəsi Qəhrəmanın xatirəsinə həsr edilən tədbirdə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba rayon İcra Hakimiyyəti aparatı rəsmiləri, hüquq mühafizə orqanı əməkdaşları, şəhidlərin ailə üzvləri, Vətən Müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak etdi. Tədbirin əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Dövlət Himni səsləndirildi. Dövlət Himni səsləndirildikdən sonra çıxış üçün ilk olaraq söz Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyevə verildi. Rayon rəhbəri Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin qəhrəmanlıqlarından söz açdı. Onun Vətən müharibəsi zamanı Füzulidən başlayaraq Şuşanın azadlığına qədər uzanan döyüş yolundan danışaraq vurğuladı ki, Mehrab Niftəliyev kimi Azərbaycanın qəhrəman oğullarının xatirəsi daim yaşayacaq. Tədbir məktəblililərin ifasında vətənpərvər ruhlu şerlərin səsləndirilməsi ilə davam edib. Tədbirin sonunda Azərbaycan Ordusununu baş giziri, Vətən Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyevin xatirəsi anıldı, xatirə kompleksinin qarşısına gül dəstələri düzüldü.